Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycanlı iş adamı evində asılmış vəziyyətdə tapıldı</b></font>

17:33 - 5 İyul 2016 tarixində dərc olunub.

Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb.Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.
İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.
Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.

Müəllif: Ucnoqta.az