Ucnoqta.az
www.ucnoqta.az

Macarıstanın xarici işlər və xarici ticarət naziri Azərbaycana gələcək

15:39 - 23 İyun 2016 tarixində dərc olunub.

 Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto gələn həftə Azərbaycana səfərə gələcək.
Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir iyunun 28-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının işində iştirak edəcək.
Nazirlə birgə Bakıya macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti də gələcək.
Xatırladaq ki, Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.

Müəllif: Ucnoqta.az