Ucnoqta.az
www.ucnoqta.az

Oman Sultanı İlham Əliyevi təbrik edib

17:40 - 17 İyun 2026 tarixində dərc olunub.

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram".

Müəllif: Ucnoqta.az redaksiyası