Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Koreyanın hərbi gəmilər tikmək potensialı ilə maraqlanır

11:08 - 19 İyun 2026 tarixində dərc olunub.

Koreya Respublikasının Prezidenti Li Ce Myonq bildirib ki, ABŞ Prezidenti Donald Tramp görüş zamanı ondan Koreya Respublikasının (KR) "tezliklə 10 gəmi tikə biləcəyini" soruşub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Li Ce Myonq və Tramp Fransada keçirilən G7 sammiti zamanı danışıblar. Cənubi Koreya prezidentinin sözlərinə görə, görüşlərindən birində Tramp Koreya Respublikasının ABŞ Hərbi Dəniz Qüvvələri üçün tezliklə 10 gəmi tikə biləcəyini soruşub.

"Mən cavab verdim ki, əlbəttə ki, edə bilərik. Biz mümkün olan hər şeyi edəcəyik", - Li Ce Myonq brifinq zamanı deyib.

Müəllif: Ucnoqta.az redaksiyası