Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə 3 otaqlı ev yanıb, xəsarət alan var

14:16 - 16 İyun 2026 tarixində dərc olunub.

Qəbələ rayonunun Mirzəbəyli kəndində yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası