Ucnoqta.az
www.ucnoqta.az

Merts Trampı təbrik etdi

13:34 - 16 İyun 2026 tarixində dərc olunub.

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, Merts bununla bağlı Facebook səhifəsində yazıb.  Kansler ona üzərində ABŞ prezidentinin adı və 47 nömrəsi olan Almaniya milli komandasının formasını hədiyyə edib

Formadakı nömrə Trampın ABŞ-ın 47-ci prezidenti kimi statusunu əks etdirir.

Müəllif: Ucnoqta.az redaksiyası