İran hakimiyyəti Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsi cümə günü Cenevrədə ABŞ nümayəndələri ilə imzalanacaq memorandumun ən vacib bəndi hesab edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, xarici səfirlərlə görüşündə qeyd edib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti dayandırılmasının elan edilməsi memorandumun ən vacib bəndidir.