Qazaxıstanda məhkəmə Qazaxıstan Premyer Liqasının Yelimay və Ordabası arasında keçirilən oyununun baş hakimi Arman İsmuratovu beş günlük həbs cəzasına məhkum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident Korrupsiyaya Qarşı Mübarizə Siyasətinə Yardım Mərkəzinin Abay regional şöbəsinin rəhbəri Serik Bayqaliyev İnstaqram səhifəsində yazıb.
Xəbər portalı Abayaqparatkz-in məlumatına görə, İsmuratov 14 iyunda Abay bölgəsinin inzibati mərkəzi Semeydə Yelimay və Ordabası arasında keçirilən oyun zamanı və oyundan sonra Yelimay oyunçularına və rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlədərək ictimai asayişi pozmaqda ittiham olunub.
Hakim daha sonra oyundan sonra geri qayıtdığı Astana hava limanında polis tərəfindən saxlanılıb.