Ucnoqta.az
www.ucnoqta.az

Qəzzada HƏMAS-ın iki komandiri məhv edilib

21:57 - 15 İyun 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın silahlı batalyonlarında iki bölmə komandirini öldürdüyünü açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçüsü bu barədə bildirib.
Qəzza zolağında təşkil edilən hücum zamanı İMQ HƏMAS-ın Nuseyrat batalyonunda və Cəbəliya batalyonunda bir bölmə komandirini öldürüb.

Bildirilir ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası