Ucnoqta.az
www.ucnoqta.az

MİQ imtahanının vaxtı açıqlandı

11:17 - 13 İyun 2026 tarixində dərc olunub.

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Nəticələrə əsasən, 40 mindən çox namizəd müvafiq sistemdən qeydiyyatdan keçib.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində deyib.

"Məlumatların emalından sonra müraciəti təsdiqlənən namizədlər növbəti mərhələ olan ödəniş prosesinə yönləndirilir. Müsabiqənin test imtahanı mərhələsinin isə iyul ayının əvvəlində keçirilməsi planlaşdırılır.///AzEdu.az

Müəllif: Ucnoqta.az redaksiyası