Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəyə diametri 11 mm olan dolu düşüb

18:59 - 12 İyun 2026 tarixində dərc olunub.

yunun 12-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.

Bildirilib ki, saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində isə Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası