Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda "avtoşluq" edən sürücülər həbs olundu

17:36 - 12 İyun 2026 tarixində dərc olunub.

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, araşdırmalar zamanı Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədovun idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin sürücülər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası