Ucnoqta.az
www.ucnoqta.az

Ev qiymətinə şəhər satılır

13:11 - 11 İyun 2026 tarixində dərc olunub.

Dünyanın ən kiçik şəhərlərindən biri Avstraliyada satışa çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, hazırda cəmi iki nəfərin yaşadığı Kuladdi yaşayış məntəqəsinin dəyəri 400.000 Avstraliya dolları (260000 -280000 dollar) təşkil edir.

Kukladdi Brisbendən 800 kilometrdən çox qərbdə, Kvinslenddə yerləşir. Şəhərlə yanaşı, alıcıya dörd yataq otaqlı ev, motel, mağaza, pab və dördulduzlu restoranı olan yol kənarındakı kompleks də veriləcək.

Kerol Yarrou və Co Kornell hazırda şəhərdə yaşayırlar. 2023-cü ildə onlar yerli Foxtrap Road House kompleksini satın aldılar və üç il ərzində öz poçt indeksinə malik şəhərə yeni həyat verməyi planlaşdırdılar.

Lakin onların planı başa çatmaq üzrədir. Yarrou təqaüdə çıxmağı, Kornell isə köçməyi planlaşdırır. Nəticədə, şəhər satışa çıxarılıb.

Müəllif: Ucnoqta.az redaksiyası