Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Pedro Bikalyo ilə müqaviləni uzatdı

13:04 - 11 İyun 2026 tarixində dərc olunub.

“Qarabağ” futbol klubu futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

Ucnoqta.az xəbər verir ki, klub braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

Müəllif: Ucnoqta.az redaksiyası