Ucnoqta.az
www.ucnoqta.az

Bakıda restoranda baş verən yanğın məhdudlaşdırılıb

12:30 - 11 İyun 2026 tarixində dərc olunub.

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası