Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Oman sahillərində gəmini vurub - Ölənlər var

10:50 - 11 İyun 2026 tarixində dərc olunub.

ABŞ ordusunun Oman sahillərində bir ticarət gəmisinə hücumundan sonra iki hind dənizçisi həlak olub, biri isə itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Dənizçiləri Birliyi məlumat yayıb.

Bildirilir ki, Oman Hərbi Dəniz Qüvvələrinin köməyi ilə 21 dənizçi xilas edilib.

Göyərtəsində 24 hind dənizçisi olan Palau bayrağı altında üzən Settebello tankeri 9 iyunda Oman körfəzində hücuma məruz qalıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, gəminin heyəti dəfələrlə ABŞ hərbi əmrlərinə tabe olmadıqdan sonra ABŞ təyyarələri dəqiq idarə olunan sursatlardan atəş açıb.

Müəllif: Ucnoqta.az redaksiyası