Ucnoqta.az
www.ucnoqta.az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

18:07 - 10 İyun 2026 tarixində dərc olunub.

Azərbaycanın avtomobil yollarında iyunun 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası