Ucnoqta.az
www.ucnoqta.az

ABŞ helikopteri İran pilotsuz təyyarəsi tərəfindən vurulub

22:45 - 9 İyun 2026 tarixində dərc olunub.

ABŞ tərəfi hesab edir ki, onun hücum helikopteri İran pilotsuz təyyarəsi tərəfindən vurulduqdan sonra Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu iddianı X-də Amerikanın Axios portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid irəli sürüb.

"ABŞ rəsmisi mənə dedi ki, istintaq İran pilotsuz təyyarəsinin ABŞ helikopterini vurduğunu və onun qəzaya uğradığını müəyyən edib. ABŞ rəsmisi istintaqın hələlik bunun qəsdən olub-olmadığını müəyyən etmədiyini bildirib", - deyə o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası