Ucnoqta.az
www.ucnoqta.az

Yolda avtomobilin üzərinə çıxan qadının kimliyi məlum oldu - VİDEO

14:06 - 9 İyun 2026 tarixində dərc olunub.

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Ucnoqta.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası