Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda keçirilən seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq

12:37 - 9 İyun 2026 tarixində dərc olunub.

Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyan bildirib ki, 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri 14 iyunda açıqlanacaq.

Ucnoqta.az xəbər verir ki, Hovakimyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
"Səslərin yenidən hesablanması və düzəlişləri 12 iyuna qədər aparılacaq. 19 iyundan etibarən seçkilərdə iştirak edən siyasi qüvvələr nəticələrdən Konstitusiya Məhkəməsinə şikayət edə biləcəklər", - o, qeyd edib.

Mərkəzi Seçki Komissiyasının 8 iyunda açıqladığı ilkin seçki nəticələrinə görə, Ermənistan parlamentinə üç siyasi qüvvə daxil olub: "Vətəndaş Müqaviləsi" Partiyası (səslərin 49,825%-ni alıb), "Güclü Ermənistan bloku" (23,281%) və "Ermənistan" bloku (9,934%).

Məlumata görə, Ermənistanda seçici siyahısına 2.503.974 nəfər daxil edilib. Seçkilərdə iştirak edənlərin sayı 58,97% olub, 1.476.916 seçici səs verib.

Müəllif: Ucnoqta.az redaksiyası