Kreml Ermənistandakı parlament seçkilərinin nəticələri ilə bağlı şərh verməkdən çəkinib, lakin çoxsaylı qanun pozuntuları ilə bağlı məlumatlar da daxil olmaqla, onlarla bağlı məlumatları diqqətlə izlədiklərini əmin ediblər.
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, "Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələri açıqlanmadığı üçün bu məsələ ilə bağlı hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm. Biz bu nəticələri gözləyirik".
O, həmçinin vurğulayıb ki, "biz bu seçkilər ətrafında ortaya çıxan bütün məlumatları, o cümlədən bu seçkilər zamanı baş verən çoxsaylı qanun pozuntuları ilə bağlı məlumatları diqqətlə izləyirik".