Ucnoqta.az
www.ucnoqta.az

Eldar Əzizovun oğlu yüksək vəzifəyə TƏYİN OLUNDU

14:52 - 8 İyun 2026 tarixində dərc olunub.

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şamil Əzizov nazirin müşaviri təyin olunub. 

Qeyd edək ki, o, 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.

2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır. 2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.

22 may 2026-cı il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad İsmayılovun əmri ilə, müşavir vəzifəsində təyin olunan Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. 

Müəllif: Ucnoqta.az redaksiyası