Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda 7 yaşlı uşaq su kanalında boğularaq ölüb

10:04 - 7 İyun 2026 tarixində dərc olunub.

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Müəllif: Ucnoqta.az redaksiyası