Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub

19:18 - 6 İyun 2026 tarixində dərc olunub.

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası