Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə yanğın söndürülüb

16:41 - 6 İyun 2026 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən ətraf əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası