Ucnoqta.az
www.ucnoqta.az

Məşhur idmançının ölüm səbəbi açıqlandı

09:13 - 6 İyun 2026 tarixində dərc olunub.

Amerikalı aktyor və idmançı Hulk Hogan 2025-ci ilin iyul ayında təbii səbəblərdən vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post qəzeti polisə istinadən məlumat verib.

Polis 11 aylıq araşdırma aparsa da, heç bir qanun pozuntusu aşkar etməyib.

Nəşr qeyd edib ki, güləşçi çoxsaylı əməliyyatlardan sonra ağır vəziyyətdə olub. Ölüm günü həyat yoldaşı Hoganın nəfəs aldığını görüb təcili yardım çağırıb. Həkimlər daha sonra onun öldüyünü bildiriblər.

Halk Hogan (əsl adı Terry Gene Bollea) güləş karyerasına 1977-ci ildə başlayıb. O, WWE üçün çıxış edərək dünya miqyasında tanınıb, şirkətin ilk titulunu dəfələrlə qazanıb və iki dəfə Şöhrət Zalına daxil edilib. Onun imici 1980-ci illərdə ABŞ-da güləşin partlayıcı populyarlığına əsasən səbəb olub.

Müəllif: Ucnoqta.az redaksiyası