İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya Nazirliyi İsrailin maliyyə naziri Bezalel Smotriç və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişini qadağan edib.
Ucnoqta.az bildirir ki,"The Irish Times" qəzetinin məlumatına görə, bu barədə İrlandiyanın Baş naziri Michael Martin məlumat verib.
Martin Ben-Qvirin və Smotriçin İrlandiyaya girişinə qoyulan məhdudiyyətlərin AB səviyyəsində də qəbul edilməli olduğu fikrini bildirib.
Baş nazir əlavə edib ki, hər iki nazirin "Fələstin ərazisindəki fələstinliləri məhv etmək istəyi" kimi şərh edilə biləcək açıqlamalar verdiyi bildirilib.