Ucnoqta.az
www.ucnoqta.az

Xalq artisti əməliyyat olundu

11:58 - 5 İyun 2026 tarixində dərc olunub.

Uzun müddətdir ayaqlarında yaranan sağlamlıq problemlərindən əziyyət çəkən Xalq artisti, görkəmli sənətkar Afaq Bəşirqızı onurğa nahiyəsindəki sıxılma ilə əlaqədar cərrahi əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, əməliyyatdan sonra moderator.az-a açıqlama verən Xalq artisti artıq ayağa qalxaraq yeriyə bildiyini deyib və müalicəsində iştirak edən həkimlərə minnətdarlığını ifadə edib.

Məlumata görə, əməliyyat riskli olsa da, uğurla başa çatıb. Əməliyyatdan sonra aparılan müayinələr zamanı hər şeyin qaydasında olduğu, aktrisanın ayaqlarını normal hərəkət etdirə bildiyi bildirilib.

Qeyd olunub ki, Afaq Bəşirqızının sağlamlıq problemi uzun müddətdir davam edirdi və onun tam bərpası üçün reabilitasiya prosesinə ehtiyac olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası