Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda oldan 176 nəfər saxlanıldı - DİN

10:30 - 5 İyun 2026 tarixində dərc olunub.

İyunun 4-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 176, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası