Ucnoqta.az
www.ucnoqta.az

İyunun pensiyaları bu tarixdə ödəniləcək

10:20 - 5 İyun 2026 tarixində dərc olunub.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyun ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Ucnoqta.az xəbər verir ki,  pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 12-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Müəllif: Ucnoqta.az redaksiyası