Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da məzun gecəsində atışma - ölən var

09:54 - 4 İyun 2026 tarixində dərc olunub.

Kaliforniya ştatının Feyrfild şəhərində orta məktəb məzun gecəsində baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Atışmanın məzun gecəsi mərasimindən dərhal sonra başladığı bildirilir. Ölən və yaralananların yaşı və cinsi hələlik açıqlanmayıb.

Polis şübhəli şəxsi axtarır və atışmanın səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası