Ucnoqta.az
www.ucnoqta.az

Salyanda keçmiş məhkum həbs olundu

12:54 - 3 İyun 2026 tarixində dərc olunub.

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

DİN-dən Ucnoqta.az verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
Ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası