Ucnoqta.az
www.ucnoqta.az

Vergi borclarının ödənilməsinə dair saxta xəbərlər yayılıb - XƏBƏRDARLIQ

12:11 - 3 İyun 2026 tarixində dərc olunub.

Son günlər sosial şəbəkələrdə xarici ölkələrdən birində qeydə alınmış, vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən və rəsmi dövlət qurumlarına məxsus vizual elementlərdən istifadə edən internet resursu barədə məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vətəndaşların diqqətinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərlə bağlı məlumatlar yalnız rəsmi mənbələr vasitəsilə əldə edilməli, ödəniş əməliyyatları qanunvericilikdə müəyyən edilmiş rəsmi elektron xidmətlər üzərindən, banklar və ya ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir.

Dövlət qurumlarının adından çıxış edən, şəxsi və ya bank kartı məlumatlarının daxil edilməsini tələb edən internet resurslarından istifadə etmək təhlükəlidir.

Vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda ehtiyatlı davranmaq, şəxsi məlumatlarını üçüncü tərəflərlə paylaşmamaq və yalnız rəsmi mənbələrə etibar etmək xahiş olunur. Xatırladırıq ki, Dövlət Vergi Xidməti heç bir halda internet resursları vasitəsilə vətəndaşlardan bank kartı məlumatlarını tələb etmir.

Müəllif: Ucnoqta.az redaksiyası