Ucnoqta.az
www.ucnoqta.az

Pelenin forması hərracda satılacaq - 6 milyon dollardan ...

00:03 - 3 İyun 2026 tarixində dərc olunub.

Braziliyalı Pelenin 1958-ci il Dünya çempionatı finalında geyindiyi forma hərracda 6 milyon dollardan çox satılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb.

İsveçdə keçirilən 1958-ci il Dünya Çempionatı finalında Braziliya ev sahiblərini 5-2 hesabı ilə məğlub edərək ilk dəfə kuboku qazanıb. O vaxt 17 yaşı olan Pele həlledici matçda iki qol vurub.

Veb saytın məlumatına görə, Pelenin formasının dəyərinin 6 milyon dollardan çox olduğu təxmin edilir. Hərrac 29 iyunda başlayacaq və 16 iyulda başa çatacaq. 2022-ci ildə argentinalı Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı iki qol vurduğu zaman geyindiyi forma rekord qiymətə - 9,28 milyon dollara satılıb.

Pele 29 dekabr 2022-ci ildə 82 yaşında vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası