Ucnoqta.az
www.ucnoqta.az

MİQ-ə sənəd qəbulu başlayır

15:10 - 2 İyun 2026 tarixində dərc olunub.

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə Ucnoqta.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası