Ucnoqta.az
www.ucnoqta.az

İspaniya Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil

10:19 - 2 İyun 2026 tarixində dərc olunub.

İspaniya hökuməti Krallığın Hörmüz boğazında münaqişəni gərginləşdirə biləcək hər hansı hərbi əməliyyatlarda iştirak etməsi ehtimalını istisna edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Britaniyanın Financial Times (FT) qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Madrid gərginləşməyə səbəb ola biləcək heç bir hərəkətdə iştirak etməyəcək.

Albarez təklif olunan ABŞ-İran razılaşmasının pozulması halında Hörmüz boğazının təhlükəsizliyini təmin etmək missiyasında İspaniya ordusunun iştirakı ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. Nazir əlavə edib ki, bu böhranın hərbi həlli yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası