Ucnoqta.az
www.ucnoqta.az

Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçilib

19:23 - 31 May 2026 tarixində dərc olunub.

Fransanın Paris Sen-Jermen futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasında Mövsümün Oyunçusu seçilib.

Ucnoqta.az bildirir ki, bu barədə turnirin mətbuat xidməti məlumat verib.

Kvaratsxeliya turnirdə 16 oyunda 10 qol vurub və yeddi məhsuldar ötürmə edib. 25 yaşlı Kvaratsxeliya 2025-ci ildən bəri PSJ-də oynayır. O, komanda ilə iki dəfə Çempionlar Liqasını və Fransa Çempionatını, hər biri bir dəfə Fransa Kubokunu və Super Kubokunu, eləcə də Qitələrarası Kuboku qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası