Ucnoqta.az
www.ucnoqta.az

Yerevan Aİİ ilə əlaqələri kəsməyi planlaşdırmır - Qriqoryan

14:07 - 31 May 2026 tarixində dərc olunub.

Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrini kəsmək planı yoxdur.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bunu Astanada "Vesti" üçün Pavel Zarubinlə müsahibəsində bildirib.

"Biz Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini kəsməyi düşünmürük. Buna görə də, hazırda heç bir hesablama aparmağa ehtiyac görmürük", - deyə Baş nazirin müavini Ermənistanın Aİİ ilə əlaqələrini məhdudlaşdırmaqdan və ya kəsməkdən yarana biləcək potensial iqtisadi zərəri hesablayıb-hesablamadığı ilə bağlı suala cavab olaraq bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası