Ucnoqta.az
www.ucnoqta.az

Buraxılış imtahanlarında yenilik

09:54 - 26 May 2026 tarixində dərc olunub.

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu, DİM-in yaydığı məlumatda əksini tapıb.

Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatında vurğulanıb.

Müəllif: Ucnoqta.az redaksiyası