İsrail Təhlükəsizlik Agentliyinin (Şin Bet) direktoru David Zini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət televiziyası Kan mənbələrə istinadən məlumat verib. Məlumata görə, David Zini Qəzza zolağında Fələstin Milli Hakimiyyətinin (PNA) Preventiv Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Məhəmməd Dahlan ilə görüşüb.
Agentlik David Zininin BƏƏ-yə səfərini və ya Fələstin rəsmisi ilə görüşü rəsmi olaraq nə təsdiqləyib, nə də təkzib edib.