Ucnoqta.az
www.ucnoqta.az

İranla sülh müqaviləsinin mətninin yekunlaşdırılması bir neçə gün çəkə bilər - Rubio

07:40 - 26 May 2026 tarixində dərc olunub.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla sülh müqaviləsinin mətninin yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.

Ucnoqta.az xəbər verir ki, AFP-nin məlumatına görə, Rubio qeyd edib ki, İranla bağlı danışıqlar əvvəllər Qətərdə aparılıb. "İrəliləyiş əldə edib-etməyəcəyimizi görəcəyik", - deyə o bildirib.

 

Dövlət katibi vurğulayıb ki, "Düşünürəm ki, müzakirələr əsasən ilkin mətnin təkmilləşdirilməsinə yönəlib və bu, bir neçə gün çəkə bilər".

"Prezident razılaşma əldə etmək istəyini ifadə edib. O, ya razılaşma əldə edəcək, ya da etməyəcək", - Hindistanda səfərdə olan Rubio əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası