Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanda "Hizbullah"ın 70-dən çox hədəfinə zərbə endirib

00:33 - 26 May 2026 tarixində dərc olunub.

24 saat ərzində İsrail ordusu Livanda "Hizbullah"ın 70-dən çox infrastruktur hədəfinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bu barədə məlumat verib.

Məlumata görə, bu, "təhdidləri aradan qaldırmaq" üçün edilib. Hədəflərə ümumilikdə təxminən 85 sursat atılıb.

Digər hədəflərlə yanaşı, Livanın cənubundakı sahil şəhəri Tir yaxınlığında komanda məntəqələri, silah anbarları və digər hərbi infrastruktur da daxil olmaqla, təxminən 10 Hizbullah obyektinə zərbə endirilib.

Müəllif: Ucnoqta.az redaksiyası