Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

09:08 - 25 May 2026 tarixində dərc olunub.

Xəzər dənizində 3,4 maqnitudada zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 08:40-da qeydə alınıb.

Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası