Ucnoqta.az
www.ucnoqta.az

İrana casusluqda şübhəli bilinən 9 nəfərə hökm oxunub

16:19 - 24 May 2026 tarixində dərc olunub.

Bəhreynin Ağır Cinayətlər Məhkəməsi doqquz nəfəri İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İranın elit hərbi bölməsi) casusluq ittihamı ilə ömürlük, iki nəfəri isə üç il həbs cəzasına məhkum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat verib.

Agentlik Krallığın prokurorluğunun sözçüsünə istinadən bildirib ki, Ağır Cinayətlər Məhkəməsi iki ayrı iş üzrə hökm çıxarıb və bu işlərdə 11 təqsirləndirilən şəxs Bəhreyn Krallığına qarşı terror və düşmənçilik aktları törətmək məqsədi ilə İİKK-ya casusluq etməkdə ittiham olunub.

Müəllif: Ucnoqta.az redaksiyası