İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzanın mərkəzində HƏMAS-ın radikal hərbi qanadına məxsus dörd silah anbarını məhv etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin açıqlamasında deyilir.
Məlumata görə, son 24 saat ərzində İMQ Qəzzanın mərkəzində HƏMAS-ın üç silah anbarına zərbə endirib və onları məhv edib.
Bu ərazilərdə aşkarlanan və zərərsizləşdirilən silahlar arasında tank əleyhinə raketlər, uzaq mənzilli silahlar, RPG-lər, zirehli geyimlər və digər döyüş texnikası olub.