Ucnoqta.az
www.ucnoqta.az

Bu futbolçular “Qarabağ”dan gedir

15:13 - 22 May 2026 tarixində dərc olunub.

"Qarabağ"ın indiki heyətinin əksər oyunçuları növbəti mövsümdə də komandanın sıralarında qalmaqda davam edəcək.

Ucnoqta.az fanat.az-a istinadən xəbər verir ki, bütün mövqelərə yeni transferlər etməyi və heyəti genişləndirməyi planlaşdıran Ağdam təmsilçisindən ayrılanlar da olacaq.

Ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk, qanalı vinger Emmanuel Addai, xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə əməkdaşlığa son qoyulacaq.

Zaqreb "Dinamo"sundan icarəyə götürülən, sonradan intizamsızlığı üzündən əvəzedici komandaya göndərilən mərkəz müdafiəçisi Sami Mmaye də yola salınacaq.

Hazırda daxili intizam qaydalarını pozduqları üçün "dubl"a "sürgün edilən" iki cinah müdafiəçisinin - Elvin Cəfərquliyevlə Abbas Hüseynovun da "Qarabağ"dakı taleyi qaranlıqdır. Qurban Qurbanovun bağışlamaq istəmədiyi bu oyunçuların yenidən əsas komandanın heyətində meydana çıxacaqları inandırıcı deyil.

Abdullah Zubirin gedəcəyi ilə bağlı informasiyalar dərc edilsə də, fransalı cinah hücumçusu hələ rəhbərliyə klubdan ayrılmaq istədiyini deməyib.

Müəllif: Ucnoqta.az redaksiyası