Ucnoqta.az
www.ucnoqta.az

"Əl-Nəsr" çempion oldu

00:20 - 22 May 2026 tarixində dərc olunub.

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Futbol Liqasının 34-cü turunda ev oyununda "Damak"ı 4-1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, final turun sonunda "Əl-Nəsr" 86 xal toplayıb. "Əl-Hilal" 84 xalla ikinci yeri tutub. Qolları Sadio Mane (34-cü dəqiqə), Kingsley Coman (52) və Kriştiano Ronaldo (63, 81) vurub. Rəqibdən Morlai Sylla (58, penalti) fərqlənib.

Ən çox qol vuran və beşqat Qızıl Top mükafatçısı olan Ronaldo ilk Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb. 

Bu, Ronaldonun karyerasının 35-ci kubokudur. Onun Səudiyyə Ərəbistanındakı yeganə uğuru Ərəb Çempionlar Kuboku (2023) olub.

Müəllif: Ucnoqta.az redaksiyası