ABŞ "Hizbullah" ilə əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik işçisinə sanksiya tətbiq etmək niyyətindədir.
Ucnoqqta.az xəbər verir ki, Dövlət Departamentindəki mənbə Əl-Cəzirəyə bildirib.
Mənbənin sözlərinə görə, sanksiyalar səkkiz Livan vətəndaşına və bir İran diplomatına aid ediləcək.
Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi və Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneyş də var. Siyahıda həmçinin "Hizbullah"ın siyasi və hərbi müttəfiqi olan Şiə Əməl Hərəkatının təhlükəsizlik xidmətinə rəhbərlik edən Əhməd Baalbeki də var.