Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə koordinasiyalı şəkildə Hörmüz boğazından 26 kommersiya gəmisi keçib.
Ucnoqta.az xəbər verir ki, İİKK Hərbi Dəniz Qüvvələri bu barədə məlumat verib.
İİKK-nın açıqlamasında deyilir ki, son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri də daxil olmaqla 26 gəmi İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı və onun təhlükəsizliyi altında Hörmüz boğazından keçib.