Xankəndi, Ağdərə və Xocalıya qayıdan ailələrin sayı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
"İşğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə ( 4510 nəfər) qayıdıb", - o bildirib.